Qarabağ da planını açıqladı

23.12.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.

Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər.

Ağdam təmsilçisinin hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.

Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Komanda yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью