Qarabağ da şok ayrılıq: DAHA BİR LEGİONER KOMANDANI TƏRK EDİR

16.04.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" daha bir legioneri ilə yollarını ayıracaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub mövsümün sonunda Marko Veşoviçlə vidalaşacaq.

Tərəflər arasında hazırkı müqavilə mövsümün sonunda başa çatacaq. Buna baxmayaraq, "Qarabağ" monteneqrolu ilə razılığa gələ bilmir.

Ağdam təmsilçisi ona yeni sözləşmə təklif etməyi planlaşdırsa da, futbolçu maaşının artırılmasını tələb edib.

"Köhlən atlar" isə onun istədiyi məbləği ödəmək niyyətində deyil.

Veşoviçin xidmətində Avropa və Asiya klubları maraqlıdır. Arxa xətt oyunçusu "Qarabağ"da istədiyi maaşı almasa, həmin variantları dəyərləndirəcək.

Qeyd edək ki, Marko 2021-ci ilin yayından Ağdam klubunun şərəfini qoruyur.

Adrian Skarlatake: "Mirça Rednik yenidən Azərbaycana qayıtmaq istəyir" Millimiz Gürcüstan yığması ilə üz-üzə I Liqa: XXII turun təyinatları açıqlanıb Millimizin baş məşqçisi: “Heyətimizdə zədəli futzalçı çoxdur” Roi Kehat daha 2 il “Sumqayıt”da - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью