Qarabağ da üç futbolçunun son durumu

11.06.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"da üç futbolçunun son durumu

"Qarabağ" ötən gün yeni mövsümün hazırlıqlarına start verib.

Klubun mətbuat xidmətindən QOL.az-a verilən xəbərə görə, bir müddətdir zədədən əziyyət çəkən Bəhlul Mustafazadə və Musa Qurbanlı da artıq sıraya qoşulub:

"Hər iki oyunçu komanda ilə məşqlərə başlayıb. Zədəlilərdən yalnız Joni Montiel hələ komandaya qoşulmayıb. O, iyunun 16-da komandanın düşərgəsində olacaq. Hazırda ölkəsi İspaniyada bərpa prosesini davam etdirir".

Qeyd edək ki, Bəhlul adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbində martın 1-də, ayaq barmağı sınan Montiel mayın 1-də əməliyyat olunmuşdu. Dizində problem olan Musa isə başa çatan mövsümün son oyunlarını buraxmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью