Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Qarabağ" Futbol Akademiyasında yeni təyinat gerçəkləşib. Sport24.az-ın məlumatına görə, rəhbərlik yeni məşqçi ilə anlaşıb.
Gənc mütəxəssis Salman Atluxanovla razılıq əldə olunub. 31 yaşlı məşqçi bundan sonra Ağdam təmsilçisinin akademiyasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, o, futbolçu karyerasında "Şahdağ", "Bakı" və "Lokomotiv"in formasını geyinib. Oyunçu həmçinin Türkiyənin Bal Liqasında da top qovub.