Qarabağ daha bir ciddi İTKİ Elfsborqla oyunu buraxacaq

11.12.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Qarabağ"ın daha bir futbolçusu İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.

Bu barədə Milli.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi Bəhlul Mustafazadə komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin üzvü bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью