Qarabağ daha bir legioneri klubdan GÖNDƏRİR FOTO

14.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Jeremi Qnali komandasını dəyişməyə yaxındır.
Belə ki, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan "Qarabağ"a cəlb edilən fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb.
Artıq bir neçə komandadan təklif alan 24 yaşlı futbolçunu "Qarabağ" rəhbərliyi icarə əsasında başqa kluba göndərməyi planlaşdırır.
Qeyd edək ki, gənc oyunçunun Ağdam klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. (Oxu.az)

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью