“Qarabağ” daha bir legionerlə vidalaşdı

10.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Qarabağ”ı tərk edən daha bir futbolçunun adına aydınlıq gəlib.

“Qafqazinfo” Futbolinfo.az-a istinadən xəbər verir ki, hücumçu Redon Cica növbəti mövsümdən Azərbaycan çempionunun heyətində yer almayacaq.

Belə ki, ağdamlılar gələn ilin yayına qədər müqaviləsi olan albaniyalı forvardla yollarını ayırıb. Uzun müddətdir Cicanı sözləşmənin ləğvinə razı salmağa çalışan “Qarabağ” rəhbərliyi nəhayət ki, arzusuna çatıb.

Bununla Yassin Benzia, Patrik Andrade və Marko Veşoviçdən sonra “Qarabağ”la vidalaşan 4-cü legioner Cica olub. “Qarabağ” yaxın günlərdə ayrılığı rəsmən açıqlayacaq.

Qeyd edək ki, Redon Cica “Qarabağ”a 2023-cü ilin əvvəlində “Tirana”dan keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью