Qarabağ dan acınacaqlı məğlubiyyət Yenilənib

10.12.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxıb.

525.az xəbər verir ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland "Ayaks"ını qəbul edib.

"Qarabağ" tarixində ikinci dəfə qarşılaşdığı "Ayaks"a Bakıda yenə uduzub - 2:4.

Beləliklə, bu mövsüm ÇL-də 5 oyunun hamısında uduzmuş Amsterdar təmsilşisi ilk xal və qələbəsini Bakıda qazanıb.

"Qarabağ" isə sona 2 tur qalmış ilk 24-lüyə düşmək şansını çətinləşdirib.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur

21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4 

Qol: Kamilo Duran, 10 (1:0), Kasper Dolberq, 39 1:1), Mateus Silva, 47 (2:1), Oskar Qlux, 79 (2:2), Anton Qoey, 83 (2:3), Oskar Qlux, 89 (2:4)

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)

VAR: Matej Juq (Sloveniya)

AVAR: Alen Borosak (Sloveniya)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью