Qarabağ dan Avropaya növbəti böyük transfer: 2.2 milyon avro

23.06.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam təmsilçisi "Qarabağ"ın heyətində nümayiş etdiyi parlaq oyunla diqqətləri üzərinə çəkən Kamilo Duran Avropa klublarının radarına düşüb.

Fanat.Az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, komandanın kolumbiyalı ulduzu karyerasını Şotlandiyada davam etdirə bilər.

Şotlandiyanın nəhəng klublarından olan "Seltik" gənc forvardın keçidini reallaşdırmaqda olduqca israrlıdır. Hazırda transfer bazarı dəyəri 2 milyon avro olan futbolçu üçün Qlazqo təmsilçisinin "Qarabağ" rəhbərliyinə 2,2 milyon avro məbləğində rəsmi təklif göndərməyi planlaşdırdığı bildirilir.

Ağdam klubunun aparıcı simalarından birinə çevrilən Duranın ÇL təcrübəsi bu keçidin reallaşma ehtimalını artırır. Yaxın günlərdə tərəflər arasında rəsmi danışıqların başlaması və "Qarabağ"ın bu transfer dəyərinə verəcəyi yekun cavab bəlli olacaq.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью