Qarabağ dan ayrılan legioner: Bu formanı geyinmək böyük şərəf idi və məsuliyyət idi

18.06.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Qarabağ"dan ayrılan Kevin Medina sosial şəbəkə hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, kolumbiyalı ayrılığı haqda bunları yazıb:

"Bu formanı geyinmək və bu loqonu təmsil etmək mənim üçün böyük şərəf və məsuliyyət idi. Bu gün həm həyatımda, həm də karyeramda dərin izlər buraxan klubla vidalaşıram. “Qarabağ”a ilk addım atdığım andan etibarən məni səmimiyyətlə qarşılayan peşəkar ailə, yaxın dostlara çevrilən komanda yoldaşları və hər zaman yanımızda olan azarkeşlər qazandım. Meydana çıxdığım hər oyunda maksimum hörmət və fədakarlıqla mübarizə aparmağa çalışdım".

Xatırladaq ki, Medina 2020-ci ildən "atlılar"ın formasını geyinirdi.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью