Qarabağ dan daha bir qələbə VİDEO

01.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"u məğlub edib.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb.
41-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
 

Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 30 xalla üçüncü sıradadır.


Günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью