Qarabağ dan dava açıqlaması: Qurbanovun nəzarətindədir!

10.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş məşqçimiz lazımi tədbiri görəcək.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"la oyununda baş vermiş insidentlə bağlı danışarkən deyib.

O, məsələnin klubun baş məşqçisi Qurban Qurbanovun nəzarətində olduğunu bildirib:

"Baş məşqçi bununla bağlı açıqlama verib və bütün məsələlər onun səlahiyyətindədir. Klubun futbolçuları da tam olaraq Qurban Qurbanovun nəzarətindədir. Lazım olan nə tədbir varsa, baş məşqçi tərəfindən görüləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью