Qarabağ dan onunla bağlı şad xəbər

13.10.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

“Qarabağ”ın futbolçusu Marko Yankoviç məşqlərə başlayıb.

Axar.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, monteneqrolu yarımmüdafiəçi artıq komanda ilə ümumi məşqlərə də qoşulub.

Lakin oyunçunun “Atletik” ilə matçda çıxış edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Yankoviç Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçirilən görüşdə zədələnmişdi.

Xatırladaq ki, “Atletik” (Bilbao) – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də “Estadio San Mames”də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью