Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Axar.az Apasport.az-a istinadən xəbər verir ki, artıq oyunçunun kimliyinə də aydınlıq gəlib.
Ağdam təmsilçisi Kiprin AEK klubunda çıxış edən Ceremi Qnalini heyətinə qatmaq üzrədir.
O, artıq Bakıdadır. Tərəflər bütün şərtlərdə razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı fransalı bu mövsüm AEK-in heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.