Qarabağ darmadağınla qələbə qazandı VİDEO

10.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında XIII tura yekun vurulub.

Modern.az xəbər verir ki, günün son oyununda “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki matçlarında “Neftçi” “Şamaxı” ilə (2:2), “Səbail” “Turan Tovuz”la (1:1), “Sabah” isə “Kəpəz”lə (2:2) heç-heçə edib, “Araz-Naxçıvan” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.

Turnir cədvəlinə 31 xalla “Qarabağ” başçılıq edir. “Araz-Naxçıvan” 27 xalla 2-ci, 26 xala malik “Turan Tovuz” isə 3-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью