“Qarabağ” dayanmaq bilmir milyonluq 3 cü transferlə tanış olun

05.06.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni mövsümə fırtına kimi hazırlaşan “Qarabağ” mövsümün 3-cü transferini də reallaşdırmağa yaxındır. Söhbət Martin Zlomisliçidən gedir.

Moderator.az xəbər verir ki, bu barədə Xorvatiyanın Germanijak saytı məlumat yayıb. Onların sözlərinə inansaq, Ağdam təmsilçisi 550 min avro qarşılığında 2 milyon transfermarkt dəyəri olan qapıçını heyətinə qatıb. 

Bosniya və Herseqovinalı qapıçı DÇ-2026-ya da yollanacaq. 

27 yaşlı əlcək sahibi 189 sm boya malikdir. Bu çempionatda 36 oyunda 33 qol buraxıb, qapısına gələn penaltilərin 20 faizini (təxminən 5 zərbədən birini) dəf edib. /Offsideplus.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью