Qarabağ DÇ 2026 ya yollanacaq futbolçunu transfer edir

04.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir

“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi “Riyeka”dan Martin Zlomisliçi heyətinə cəlb edəcək.

Bu barədə məlumatı “Germanijak” nəşri yayıb. “Qarabağ”ın bosniyalı qolkiper üçün Xorvatiya klubuna 500 min avro (təqribən 987 min manat) ödəyəcəyi bildirilib.

Klubların qapıçının keçidi üçün bir çox məsələlərdə razılaşdığı vurğulanıb.

Qeyd edək ki, Zlomisliç Bosniya və Herseqovina milli komandasının üzvüdür və dünya çempionatı üçün heyətdə yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью