Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan "Qarabağ" - "Ayntraxt" matçı təmsilçimizin 3:2 hesablı qələbəsi ilə bitib.
Bəs bu nəticə "Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldəcəkmi?
Redaktor.az bu sualla AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimova müraciət etdi.
"Bu oyunda qalib gəldik, biz demək olar ki, 90 faiz keçmiş sayılırıq. Dünənki oyunlarda isə bizə yaxın olan rəqiblərin məğlub olması da nəticəmizi yaxşılaşdırdı. Düşünürəm ki, əgər ciddi bir problem olmazsa, nəzəri olaraq çıxmamağımız mümkün ola bilər, amma demək olar ki, 95 faiz artıq pley-offa keçmişik. Çünki digər komandaların çoxu 6 xal toplayıb, 8 və 9 xal toplayanlar isə çox azdır. Hətta 6 xal toplayan komandalar son oyunlarda qalib gəlsələr də, Qarabağ oyunda məğlub olsa belə, digər komandalar xal toplayıb bizim xalımıza çata bilməyəcəklər. Buna görə də, artıq demək olar ki, pley-offa çıxmışıq", - deyə idman eksperti bildirdi.
Xədicə BAXIŞLI