“Qarabağ” “Dinamo”: hansı kanalda?

13.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” – “Dinamo”: hansı kanalda?

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

QOL.az xəbər verir ki, “Qarabağ” Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью