“Qarabağ” “Dinamo” oyununa məhdud sayda bilet qalıb

13.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 avqust, AZƏRTAC

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında keçiriləcək cavab oyununa biletlərin böyük hissəsi satılıb.

Bu barədə AZƏRTAC-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qarşılaşma üçün məhdud sayda bilet qalıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Dinamo” (Kiev) oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью