“Qarabağ” “Dinamo” səddində

13.08.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi (cavab oyunu)

13 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)

Baş hakim: Styuart Ettuell

Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq

Dördüncü hakim: Lyuis Smit

VAR: Peter Benks

AVAR: Ceyms Bell

Tofiq Bəhramov adına Respublika Stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью