“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!

14.08.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!

Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq avrokuboklarla vidalaşıb və tarixi antirekorda imza atıb. Paytaxt klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 0:2 hesabı ilə məğlub olub.

QOL.az Ukrayna mediasına istinadən xəbər verir ki, “Dinamo” sonuncu dəfə bu qədər erkən mərhələdə 2005/06 mövsümündə (2005-ci ilin iyulunds) avrokuboklardan kənar qalmışdı. Həmin vaxt Kiyev təmsilçisi İsveçrənin “Tun” klubuna uduzmuşdu.

Bundan sonra “Dinamo” hər mövsüm ən azı avrokubokların pley-off mərhələsinə qədər irəliləyirdi. Bu seriya “Qarabağ”la oyunlardan sonra başa çatıb.

Bundan başqa, “Dinamo” 1992-ci ildən bəri ilk dəfə ilk matçdan sonra üstün olduğu halda iki oyunluq qarşıdurmada mübarizəni dayandırıb. Buna qədər belə 11 cütün hamısında Kiyev klubu mərhələ adlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью