Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Əslində bu gün keçiriləcək "Qarabağ"- "Dinamo Kiyev" oyundan gözləntilərim pozitivdir. İlk oyun onu göstərdi ki, “Qarabağ” daha dominant, daha çox topa sahib olan tərəf idi. Düzdür, 100 faizlik qol imkanlarımız çox olmasa da, rəqibdən daha üstün oyun göstərdik".
Bu fikirləri Redaktor.az-a AFFA-nın Məşqçilərin Maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”la Kiyev “Dinamo”su arasında keçiriləcək qarşılaşmadan danışarkən səsləndirdi.
"Bakıda isə daha çox topa sahib olacağıq və daha çox hücum edən tərəf biz olacağıq. Düşünürəm ki, bəlkə də oyunçu dəyişiklikləri olacaq, cüzi olaraq hansısa mövqelər dəyişdiriləcək və yeni oyunçular meydana çıxa bilər. Amma ən azı düşünürəm ki, orta sahədə oynayan Yankoviç, istər Kadi, istərsə də Montiel bu oyunda komandaya köməklik edə bilərlər. Bilmirəm, onların fiziki vəziyyəti necədir, amma hər şey qaydasında olduğu halda, Montiel ən effektiv oyunçulardan biri ola bilər. Təbii ki, Zubir bir cinahda, digər cinahda isə 7 nömrəli mərakeşəsilli oyunçu da texnikalı futbolçudur və rəqiblərini birə-bir mübarizələrdə keçməyi bacarır. Bununla da, əslində, “Dinamo”nun müdafiəsini yara bilərik. Çünki ilk oyunda çoxlu sayda epizodda cinahlardan rəqibi keçməyi və üstələməyi bacarmışdıq. Bakıda da bunun davamını görə bilərik.
Müsahibimizin firkincə, bu oyundan qalib ayrılan tərəf biz olacağıq və mərhələni adlayan tərəf də “Qarabağ” olacaq.
Xədicə BAXIŞLI