Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kolllektiv Xorvatiya təmsilçisi “Dinamo”nun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
II təsnifat mərhələsinin ilk oyunu “Azərsun Arena”da, saat 15:30-da başlayacaq.
Cütün qalibi növbəti mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) duelinin qalibi ilə qarşılaşacaq.