Qarabağ Dirçəliş Fondu daha bir sığortaçı seçib

13.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağ Dirçəliş Fondu balansındakı daha bir nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" ASC-dir.

Qalib şirkətə 1,6 min manat ödəniləcək.

Xatırladaq ki, bir qədər əvvəl Fond digər nəqliyyat vasitələrini də sığortalayıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью