Qarabağ Dirçəliş Fondu gələn il azad olunan ərazilərə 100 milyon manatdan çox vəsait ayırmağa hazırdır

25.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağ Dirçəliş Fondu 2025-ci ildə işğaldan azad olunan ərazilərə 100 milyon manatdan artıq vəsait ayırmağa hazırdır.

"Report"un məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev fondun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fondun "yaşıl enerji" ilə bağlı da planları var:

"Hazırda bu proses yekunlaşmadığına görə rəqəmləri səsləndirə bilmərəm. Lakin gələn ilin əvvəlində layihələr haqqında daha konkret danışa biləcəyik".

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью