Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xankəndidə keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Qarabağ Dirçəliş Fondu (QDF) işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslə çıxış edib.
Belə ki, bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və dayanıqlı inkişafını təmin etmək məqsədilə QDF 2025-2026-cı akademik ili çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərəcəyini bildirib.
Bu təşəbbüs Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Memorandumun imzalanması ilə rəsmiləşdirilib.
Qeyd edək ki, tərəflər arasında əldə edilən razılaşma QDF-in “Qarabağ Təqaüd Proqramı” çərçivəsində istedadlı tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək və bölgədə bilik iqtisadiyyatının inkişafına töhfə vermək istiqamətində strateji öhdəliyini əks etdirir.
Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 AZN məbləğində təqaüdlə təmin olunacaq.
Bu, ümumilikdə hər tələbə üçün 2,000 AZN təşkil edir. Təqaüdə namizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnk
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışı zamanı bildirib ki, təhsil dayanıqlı inkişafın hərəkətverici qüvvəsidi