Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi SƏRƏNCAM

12.08.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Müşahidə Şurasının üzvü olub.

Eyni zamanda, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədrinin adı şura üzvləri siyahısından çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью