Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə tədbir keçirilir

25.12.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu gün, 25 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində “Park İnn” otelində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə geniş ictimaiyyəti işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi ideyası ətrafında birləşdirmək, eləcə də Qarabağla bağlı həqiqətlərin yerli və dünya ictimaiyyətinə daha yaxşı çatdırılması ətrafında müzakirələrin aparılması məqsədilə tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Fondun bir sıra donorları, nüfuzlu media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, o cümlədən influenserlər iştirak edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью