Qarabağ dolu tribunalar qarşısında oynayacaq

20.07.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelbrun" - "Qarabağ" matçı üçün bütün biletlər satılıb. Sport24.az xəbər verir ki, bu haqda İrlandiya klubunun yaydığı açıqlamada bildirilib:

"Tolka Park"da keçiriləcək UEFA Çempionlar Liqasının ikinci mərhələsində "Qarabağ" FK ilə qarşılaşmaya bilet qalmayıb". Biletlər bir gün ərzində satılıb.

Qeyd edək ki, paytaxt Dublində yerləşən "Tolka Park" arenasının 6 minə yaxın tamaşaçı tutumu var.

"Şelbrun" - "Qarabağ" oyunu iyulun 23-də keçiriləcək. Bu komandaların cavab görüşü isə bir həftə sonra, daha dəqiq desək, iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью