“Qarabağ” dünya reytinqində 12 pillə GERİLƏDİ KONKRET

10.11.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” dünya klublarının reytinq siyasında daha 12 pillə geriləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi.

18 mövqe itirən “Zirə” (94,25 xal) 219-cudur. 12 sıra aşağı düşən “Sabah” (59,50 xal) isə 423-cü ola bilib.

Qeyd edək ki, siyahıya 414 xalla İspaniyanın “Real” klubu başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью