Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəliləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
Siyahıda Azərbaycan təmsilçisi 200 xalla 60-cı sırada qərarlaşıb.
Ölkənin digər təmsilçilərindən "Sabah" da uğurlu nəticə əldə edib. Belə ki, klub (96 xal) 224-cü yerdən 211-ə qalxıb. "Zirə" (63 xal) 389-cu mövqedən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.
502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu (595 xal) liderdir.