Qarabağ dünya reytinqində gerilədi

10.11.2024

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" dünya klublarının reytinq siyahısında daha 12 pillə geriləyib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi.

18 mövqe itirən "Zirə" (94,25 xal) 219-cudur. 12 sıra aşağı düşən "Sabah" (59,50 xal) isə 423-cü ola bilib.

Qeyd edək ki, siyahıya 414 xalla İspaniyanın "Real" klubu başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью