Qarabağ dünya sıralamasında irəliləyib DOQQUZ PİLLƏ

11.02.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" futbol klubu dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb.

Apasport.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən dərc edilən yenilənmiş siyahıda əks olunub.

"Qarabağ" 200 xalla doqquz pillə irəliləyərək 60-cı yerə yüksəlib.

Digər Azərbaycan klubları arasında 96 xalla "Sabah" mövqeyini yaxşılaşdıraraq 224-cü yerdən 211-ci yerə qalxıb.

Qeyd edək ki, siyahıya 595 xalla Fransanın PSJ klubu rəhbərlik edir.

“Qəbələ”nin məşqçisi: “Məğlubiyyətə layiq deyildik” "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью