Qarabağ əlillərinin sayı açıqlandı

20.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda I və II Qarabağ müharibəsi nəticəsində əlillik qazanmış şəxslərin hazırkı sayı məlum olub.

Bakupost.az Dövlət Statistika Komitəsindən əldə etdiyi müəlumata görə, 2024-cü il oktyabrın 1-i vəziyyətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 14 340 nəfər təşkil edib. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 382,92 manat təşkil edib.

Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı isə 2 806 nəfərdir. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 386,23 manatdır.

Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı hazırda 2 494 nəfər təşkil edir. Bir nəfərin orta aylıq təqaüdün məbləği 400,36 manata bərabərdir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью