“Qarabağ” Elvin Bədəlovu transfer edir? Açıqlama

24.12.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gündür Ağdam klubunun “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovu heyətinə qatacağı ilə bağlı xəbərlər yayılıb. 

Qurban Qurbanovun komandasının onunla artıq razılığa gəldiyi bildirilir. 

Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə xəbəri təkzib edib. O bildirib ki, Elvin Bədəlovla bağlı nə futbolçunun özü, nə də klubu ilə danışıq olub: “Skautlarımız həm ölkə daxilində, həm ölkə xaricində futbolçuları izləyir. Elvin Bədəlovla bağlı isə məsələ yoxdur. Nə klubu, nə də futbolçu ilə danışıq aparılıb”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью