Qarabağ ən böyük uğuruna imza ata bilər Gözəl

10.07.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bu gün "Qarabağ" yaxşı oyun nümayiş etdirdi. Üç qoldan ikisinin yeni transferlərin hesabına qeydə alınması sevindirici haldır. Bu, mövsümün ilk oyunudur və inanıram ki, komanda qarşıdakı görüşlərdə daha da güclənəcək. Bu qələbənin həm də simvolik əhəmiyyəti var.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Tahir Gözəl komandanın qarşısında böyük hədəflərin dayandığını qeyd edib:

"Əsas məsələ "Qarabağ"ın oyun sistemini tam şəkildə tətbiq etməsidir. İlk oyunda müəyyən çatışmazlıqlar oldu, oyun qrafiki də kifayət qədər sıxdır. Bununla belə, futbolçular böyük məsuliyyətlə çalışırlar. İnanıram ki, bu il "Qarabağ" tarixinin ən böyük uğurlarından birinə imza ata bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью