Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Ermənistanın daxili siyasətində yenidən çalxalanmalar müşahidə olunur.
Ölkənin keçmiş prezidenti Serj Sərkisyan son vaxtlar siyasi fəallığını artırmaqla diqqət mərkəzinə gəlib.
O, hakimiyyəti tənqid edən çıxışlar edir, ölkədəki sosial və siyasi gedişatdan narazılığını açıq şəkildə söyləyir.
Sərkisyan hazırkı baş nazir Nikol Paşinyanın Ermənistanı böhrana sürüklədiyini və yeni hakimiyyətin zəruri olduğunu bildirir.
Bu çıxışlar isə cəmiyyətdə narahatlıq doğurur. Serj Sərkisyan Ermənistanda hakimiyyətə gələcəkmi? Onun aktivləşməsi nədən xəbər verir?
Siyasi şərhçi İlham İsmayıl Globalinfo.az-a açıqlamasında bildirib ki, hər il apreldə Ermənistanda müəyyən siyasi gərginlik və çalxalanmalar müşahidə olunur.
Bu proseslər əsasən bir neçə gün ərzində planlaşdırılmış təxribatlarla əlaqədardır: “Bütün bu gərginliklər 24 apreldə qeyd ediləcək qondarma “erməni soyqırımı” tədbirləri ilə bağlıdır.
Məqsəd cəmiyyətin həssas nöqtəsinə toxunmaq və bunun üzərindən siyasi manipulyasiya aparmaqdır.