Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə bir neçə maskalı şəxsin Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağda yaşayan ermənilərin ləhcəsində müraciət etdiyi video yayılıb.
Onlardan biri "Nikol, cavab verməli olacaqsan. Hara getdiyini, hansı küçələrdə gəzdiyini bilirik. Səni öldürəcəyik, Nikol", - deyə bəyan edib, digərləri isə, ehtimal ki, əllərində silah tutublar.
18 mayda İrəvanın Arabkir rayonunda keçirilən seçki kampaniyası zamanı Baş nazir Nikol Paşinyan videogörüntülərə sərt şəkildə cavab:
"Bu axmaqlara baxın. Deməli, onlar maska taxırlar, sanki sərt adamlardır".
Paşinyan onları könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olmağa çağırıb və əlavə edib ki, onların bir-bir “işi bitiriləcək”.
Bundan sonra 5 insan hüquqları müdafiəçisi bəyanat yayıb.
“Biz Qarabağ ermənilərini hədəf alan və sosial gərginliyi artıran beş maskalı şəxsin iştirak etdiyi qəbuledilməz videogörüntülərdən bəhanə kimi istifadə təcrübəsini qətiyyətlə pisləyirik.
Baş nazir çıxışında Qarabağ ləhcəsini dəfələrlə vurğulayır ki, bu da qaçılmaz olaraq Qarabağ ermənilərinə qarşı nifrət dalğasına səbəb olacaq".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin