Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandın “Tvente” klubunu məğlub edib – 1:0.
Futbolpress.az xəbər verir ki, cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.
“Qarabağ” revanşda qələbə qazanacağı və ya məğlub olmayacağı təqdirdə, əsas raunda yüksələcək. Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində ikinci səbətdə yer alacaq.
“Football Meets Data” portalı “atlılar”ın bu raunda yüksəlmək şansını 71 faizlə dəyərləndirib.