“Qarabağ” ev oyunları ilə bağlı PFL ə müraciət edib

16.04.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” ev oyunlarının "Azərsun Arena"da keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/2025 mövsümünün son ev oyunlarını “Azərsun Arena”da qəbul etmək istədiyi bildirilib.

“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL məsələni müsbət qarşılayıb.

Beləliklə, XXXIII turun “Sumqayıt” ilə mayın 4-də gerçəkləşəcək görüşündən etibarən “Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək.

AFFA Berdıyevi cəzalandırdı Azərbaycan çempionatında matçın stadionu hava şəraitinə görə dəyişdirilib Adrian Skarlatake: "Mirça Rednik yenidən Azərbaycana qayıtmaq istəyir" Millimiz Gürcüstan yığması ilə üz-üzə I Liqa: XXII turun təyinatları açıqlanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью