“Qarabağ” fasiləyə böyük xal fərqi ilə yollandı, Berezutski uduzdu | Icma.az
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
18-ci turun oyunlarından sonra premyer-liqada ilk yarıya yekun vuruldu.
İkinci dövrənin sonuncu turunda azarkeşlər 3 qələbəyə şahidlik etdi, iki oyunda qalib müəyyənləşmədi, məhsuldarlıq yenə də yetərincə aşağı oldu.
Komandalar qış fasiləsinə yollandığından ilin son matçı hər kəs üçün vacib əhəmiyyət daşıyırdı.
Bögələrdə sürpriz, paytaxda gözlənilən nəticə qeydə alındısa, “Sabah” gərgin Şamaxı səfərindən üzgün qayıtdı.
“Kəpəz” – “Sumqayıt” matçında azarkeşlər qol görmədi. Tərəfərin səyinə baxmayaraq, 90 dəqiqə qolsuz başa çatdı.
Hər iki hissə “Kəpəz”in dominantlığı şəraitində keçsə də, “Sumqayıt” qapısını toxunulmaz saxlamağı bacardı.
Ötən tur “Neftçi”yə məğlub olan Azər Bağırovun yetirmələri bu matça xüsusi diqqət yetirməli idi.
Tam oxu
Xəbəri oxu