futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, tədbirdə “Qarabağ”ın da potensial rəqibi məlum olacaq.
“Atlılar” II təsnifatda ÇSKA-nı (Bolqarıstan) mübarizədən kənarlaşdıracağı təqdirdə, aşağıdakı komandalardan biri ilə düşəcək:
“Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi.
“Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu.
“Fənərbağça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu.
Püşkatma mərasimi bu gün saat 15:00-da başlayacaq.