“Qarabağ” “Ferentsvaroş”: biletlər nə vaxt satışa çıxacaq?

21.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyununun biletləri bu gün, saat 14:30-dan etibarən satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri “iTicket.az”-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью