“Qarabağ” finalda “Sabah”la üz üzə gələcək YENİLƏNİB

23.04.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək.

İdmanxeber.az-ın məlumatına görə, səfərdə keçirilən ilk oyunda “Araz-Naxçvan”a uduzan (0:1) “Qarabağ” bu dəfə rəqibi ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Görüş Ağdam təmsilçisinin qələbəsilə başa çatıb – 3:0.

Digər oyunda isə “Neftçi” “Sabah”ın qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. Səfərdə rəqibinə qalib gələn “bayquşlar” (2:1) finala vəsiqə qazanıb.

.

23 aprel (çərşənbə)

17:00.“Qarabağ” – “Araz-Naxçıvan” 3:0

Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabar
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 0:1

 20:00. “Sabah” – “Neftçi” 1:1

Qollar: Cesse Sekidika, 23 (1:0), Emin Mahmudov, 40 (1:1)
Hakimlər
: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
“Bank Respublika Arena”

İlk oyun – 2:1

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью