“Qarabağ” FK Kamilo Duranın “Seltik”ə transferini açıqlayıb VİDEO

10.07.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini müsbət cavablandırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, qərar qəbul olunarkən kolumbiyalı hücumçunun istəyi də nəzərə alınıb.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, 2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu Ağdam təmsilçisinin heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью