Qarabağ Flamenqonun təklifini rədd etdi Juninyo transferində son dəqiqə

10.01.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ"ın hücumçusu Olavio Juninyonun "Flamenqo"nun hədəfində olduğunu xəbər vermişdik.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi bu transferdən imtina edib. 

"Qarabağ" futbolçusunu satmağa hazırdır. Lakin "Flamenqo"nun ilkin təklifi Azərbaycan klubunu razı salmayıb.

"Qırmızı-qaralar" Juninyo üçün 4 milyon avro təklif etsələr də, Premyer Liqa təmsilçisi 6 milyon avro tələb edib. 

Braziliya mətbuatında bildirilir ki, A Seriyası klubu hazırda yeni təklif üzərində çalışır. "Flamenqo" həmin məbləği qismən azaltmağa və daha yaxşı şərtlərlə yenidən "Qarabağ"a müraicət etməyə hazırlaşır.

"Qarabağ" ilin komandası seçilib “Zirə”dən əzmkar qələbə Hakimlərimiz Türkiyədə daha üç oyun idarə edəcəklər Sumqayıtda məhsuldar heç-heçə Azərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya yox? - SORĞU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью