Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdamın “Qarabağ” klubu Belçikanın ikinci divizionunda çıxış edən hücumçuya maraq göstərir.
İdman.Biz-in Africafoot-a istinadən məlumatına görə, Azərbaycan təmsilçisi 22 yaşlı seneqallı forvard Umar Diufa maraq göstərir.
Gənc oyunçu bu mövsüm Belçikanın “Challenger Pro League”da “Liege” klubunun heyətində parlaq çıxışı ilə seçilir.
Məlumata əsasən, Diuf bir neçə Avropa klubunun maraq dairəsindədir.
Onlar arasında “Qarabağ”, Belçika Birinci Liqasının təmsilçisi “Sint-Trüiden” və İspaniya ikinci divizionundan bir komanda yer alır.
“Liege” futbolçusunu 2 milyon avro dəyərində qiymətləndirib.
“Sint-Trüiden” artıq 1,2 milyon avro təklif etsə də, “RFC Liege” bu məbləği kifayət hesab etməyib.