“Qarabağ” geriləyib, “Neftçi”dən irəliləyiş

14.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı dəyişməsə də, Ağdam klubu bir pillə geriləyib.

Üç pillə irəliləyən “Neftçi” 19 xalla 254-cüdür. 4 xal az toplayan “Sabah” 2 pillə geriləyərək 278-ci sıraya enib. 14 xala malik “Zirə” 5 pilləlik yüksəlişlə 286-cıdır.

Qeyd edək ki, siyahıya 2489 xala malik “Real” başçılıq edir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью