“Qarabağ” gücünü Budapeştdəki oyunda göstərib” Kin

06.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Çempionlar Liqasında sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:

“Nə qədər ümidimiz var, mübarizə aparacağıq. Yaxşı rəqibə qarşı oynayacağıq. “Qarabağ” gücünü Budapeştdəki oyunda göstərib. Çempionlar Liqasının pley-off mərhələsindəyik. Burda hər oyun yüksək tempdə keçir. Hər oyunçu, məşqçi belə oyunlarda olmaq istəyir. Komandada hamının fiziki durumu yaxşıdır. Təslim olmayacağıq, şanslarımız davam edir”.

Sabah keçiriləcək oyuna saat 20:45-də start veriləcək. Komandalar arasındakı ilk matçda “Qarabağ” qələbə qazanıb – 3:1.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью